EN

Kitabxanada Milli Dirçəliş Günü münasibətilə silsilə materiallar hazırlanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Milli Dirçəliş Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Dirçəlişdən müstəqilliyə” adlı daycest hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialın hazırlanmasında əsas məqsəd xalqımızın tarixi yaddaşına əbədi həkk olunan Milli Dirçəliş Günü ilə əlaqədar materialları yeniyetmə və gənclərin diqqətinə çatdırmaqdan ibarətdir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan daycestdə görkəmli şəxslərin dəyərli fikirləri, bu günün şanlı tarixi ilə bağlı “Ən böyük nailiyyətimiz əbədi dirçəlişimiz, müstəqilliyimizdir” adlı məqalənin tam mətni yer alır. Daycestə 2015-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa məzmunu və linkləri də istifadəçilərə təqdim olunur.

“Milli Dirçəlişdən müstəqilliyə” adlı daycest kitabxananın rəsmi saytında yerləşdirilib.

Bundan əlavə, kitabxanada 40-a yaxın kitab və dövrü mətbuat nümunələrini cəmləyən "17 Noyabr - Milli Dirçəliş Günü " adlı kitab sərgisi də açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
azertag.az

1Sources