EN

KİV: ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyata hazır deyil

BAKI, 17 noyabr. TELEQRAF

ABŞ hazırda Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdən kənarlaşdırmaq üçün genişmiqyaslı hərbi əməliyyata başlamağa kifayət qədər resursa malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, əgər ABŞ Prezidenti Donald Tramp Venesuelaya zərbə endirilməsi barədə göstəriş versə, Vaşinqton ciddi problemlərlə üzləşə bilər.

“Səbəblər kimi ölkə daxilində parçalanmış müxalifət, üsyana meyilli hərbçilər və ABŞ-də xaricdə bahalı müdaxilədən qaçmaq vədinin yaratdığı siyasi təzyiq göstərilir. ABŞ-nin mümkün addımları nəticəsində Maduro ölkəni tərk etsə və ya öldürülsə, ölkədə hərbi çevriliş və ya hətta vətəndaş müharibəsi ehtimalı arta bilər”,- məlumatda qeyd olunub.

Chosen
142
4
teleqraf.com

10Sources