EN

Bakının mərkəzində böyük keçid tikiləcək FOTO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Yusif Səfərov küçəsində nəqliyyatın təhlükəsizliyi və piyadaların hərəkət rahatlığını artırmaq məqsədilə yeni yerüstü piyada keçidinin inşası planlaşdırılır.

Milli.Az xəbər verir ki, tikintisi nəzərdə tutulan keçid "Ritz-Carlton" otelini Sevgi parkı ilə birləşdirəcək.

Layihə həm ərazidə piyada axınını tənzimləmək, həm də ətrafda yaranan sıxlığı azaltmaq üçün nəzərdə tutulub.

Hazırda keçidlə bağlı layihələndirmə və hazırlıq işlərinin aparıldığı bildirilir. Tikinti işlərinin nə zaman başlayacağı və layihənin tamamlanma müddəti barədə əlavə məlumat verilməyib.

Asya Hüseyn

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
73
6
news.milli.az

7Sources