EN

Bu gün suverenliyin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir – XİN

BAKI,TurkicWorld

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində mühüm tarixi mərhələ olub.

TurkicWorld xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyin "X" hesabındakı paylaşımda öz əksini tapıb.

Bildirilib ki, bu gün xalqımız birliyini, milli iradəsini və müstəqillik əzmini nümayiş etdirərək dövlət suverenliyimizin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.

"Azərbaycan müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və sosial inkişafının təmin olunması, eləcə də beynəlxalq müstəvidə prinsipial və fəal siyasətin həyata keçirilməsi istiqamətində ardıcıl səylərini davam etdirir.

Bu bayram münasibətilə xalqımıza rifah, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq", - paylaşımda qeyd edilib.

Chosen
10
13
turkic.world

10Sources