“Ötən il biz Şuşa məktəblilərinin festivalda iştirakını qürur hissi ilə qeyd edirdik. Bu il isə Qarabağ Universitetinin tələblərinin yarışa qoşulduqlarını eyni hisslə bildiririk”.
Paralel.az xəbər verir ki , bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, ən çox iştirakçı qeydiyyatı bu ilki festivalda baş verib.
"Afrika istisna olmaqla bir çox ölkədən, hətta Yeni Zelandiyadan komandalar var və onlar yarışa qatılıblar. 70-ə yaxın xarici ölkələrdən gəlmiş hakim 1400 şagirdin qiymətləndirməsində iştirak edəcəklər".