EN

Papa ulduzlarla görüşdü Fotolar

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Roma Papası XIV Leo Vatikanda dünya kinosunun ulduzlarını qəbul edib.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, görüşdə aktrisalar Keyt Blanşett və Monika Belluççi, aktyorlar Adam Skott, Sercio Kastellitto, Viqo Mortensen və Kris Payn, rejissorlar Spayk Li, Emir Kusturitsa, Qreta Qerviq, Qas Van Sent, Canni Amelio, Cuzeppe Tornatore və digərləri iştirak ediblər. 

Vatikanın Mədəniyyət Nazirliyinin təşkil etdiyi görüşdə çıxış edən pontifik kino ulduzlarını səsi eşidilməyənlərin səsi olmağa çağırıb. 

Xatırladaq ki, görüşdən əvvəl Roma Papası ən çox sevdiyi dörd filmin adını açıqlamışdı. O bu siyahıya “Bu, gözəl həyatdır” (1946, ABŞ), “Musiqinin səsi” (1965, ABŞ), “Həyat gözəldir” (1997, İtaliya) və “Adi insanlar” (1980, ABŞ) filmlərini daxil etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
qafqazinfo.az

1Sources