EN

“STEAM növbəti tədris ilindən ayrı bir fənn kimi keçirilə bilər” Nazir

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“STEAM-in növbəti tədris ilindən başlayaraq ayrı bir fənn kimi tədrisi planlaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) keçirilən tədbirdə deyib. 

“Bu, Qarabağ Universitetində, Xankəndi şəhərində olacaq. SAF 500 mindən çox məktəblini əhatə edir və tədricən hər il genişlənməkdədir.

Bütün bunlar üçün ölkə rəhbərliyinə, Mehriban xanıma təşəkkür edirəm. Çünki 2019-cu ildə bu layihə əhatəli görünmürdü. Məhz o dövrdə göstərilən dəstək imkan verdi ki, inkişaf etdik. Ölkənin 21 bölgəsində STEAM mərkəzləri fəaliyyət göstərir. İlkin baxışda bu, əyləncəli, oyunabənzər fəaliyyət kimi görünsə də, əslində mahiyyət işin arxasında dayanır. Robotları idarə etmək, layihələri formalaşdırmaq və s. - bunların hamısı riyazi-həndəsi bilik tələb edir. Yaxşı xəbər ondan ibarətdir ki, bu, hansısa eksklüziv təşəbbüs deyil. Yeni məktəblərimizdə çalışırıq ki, STEAM həmin məktəbin bir hissəsi olsun. İnanıram ki, bu, Azərhaycan təhsilinin aparıcı məzmununa çevriləcək. Əminliklə deyə bilərəm ki, bəzi uşaqların 9-10, bəzilərinin 20 yaşı var. Onlar Azərbaycanın gələcək kadrlarıdır. Bu gün öyrənilən bilik və bacarıqlar mühümdür, ölkəmizə töhfə verəcək”.

Fidan Etibar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
97
qafqazinfo.az

1Sources