EN

Tom Kruz ilk dəfə “Oskar” ALDI

Tom Kruz nəhayət “Oskar” mükafatı qazanıb, ona kinoya verdiyi töhfəyə görə fəxri mükafat təqdim edildi.

İnterpress.az xəbər verir ki, Los-Ancelesdə keçirilən Governor Awards mərasimində Tom Kruza karyerasında ilk dəfə olaraq fəxri “Oskar” təqdim edilib.

Bu mükafat onun kino sənayesinə 40 ildən artıq fəaliyyəti boyunca verdiyi böyük töhfələrə görə verilib. Kruz indiyədək dörd dəfə “Oskar”a namizəd göstərilsə də, heç vaxt qalib olmamışdı.

Fəxri “Oskar” kino aləmində ən nüfuzlu mükafatlardan sayılır. Onun əvvəlki laureatları arasında Çarli Çaplin, Cudi Qarland, Federiko Fellini, Frensis Ford Koppola və Spayk Li kimi adlar var. Artıq bu siyahıya Hollivudun “kino sənayesinin xilaskarı” adlandırdığı Tom Kruz da daxil oldu.

Kruz yalnız rolları ilə deyil, “Missiya mümkün deyil” seriyasındakı təhlükəli trükleri və Stenli Kubrikdən tutmuş Pol Tomas Andersona qədər bir çox məşhur rejissorlarla əməkdaşlığı ilə də tanınır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
114
interpress.az

1Sources