EN

Gürcüstanda elektroşokerlərin mülki dövriyyəsi qadağan oluna bilər

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) akustik silah, gözyaşardıcı qaz balonları və elektroşokerlərin mülki dövriyyəsinin tənzimlənməsi ilə bağlı qanunvericilik layihəsi hazırlayıb.

Redaktor.az xəbər verir ki, düzəlişlərin məqsədi ictimai asayişin daha səmərəli qorunması və cinayətlərin qarşısının alınmasıdır.

DİN sənədi artıq parlamentə təqdim edib.

Düzəlişlərə əsasən, yalnız boş patronla atəş açmaq üçün nəzərdə tutulan və teatr tamaşalarında, kinonümayişlərdə, tarixi rekonstruksiyalarda, parad və idman tədbirlərində istifadə olunan səsli (akustik) silahların Gürcüstana gətirilməsi icazə tələb edəcək. Bu cür silahın ötürülməsi, daşınması və göndərilməsi də yalnız polisin icazəsi əsasında mümkün olacaq. Bundan başqa, polisə həm kəmiyyət, həm də alınma tezliyi baxımından akustik silahların əldə olunmasına məhdudiyyətlər qoymaq səlahiyyəti veriləcək.

Gözyaşardıcı qaz balonlarının (bibər qaz balonları) Gürcüstana gətirilməsi yalnız icazə əsasında mümkün olacaq. Bu cür balonları 18 yaşına çatmış şəxslər DİN-nin ərazi orqanının arayışı əsasında əldə edə biləcəklər.

Elektroşoker cihazlarının mülki dövriyyəsi qadağan olunacaq. Bu cür qurğuların ölkəyə gətirilməsinə və istifadəsinə yalnız inzibati orqanlara və özəl mühafizə təşkilatlarına icazə veriləcək.

Chosen
6
2
redaktor.az

3Sources