EN

“Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyununun vaxtı və yeri açıqlanıb

“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə Portuqaliyada keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib. Azərbaycan Futzal Federasiyasından SİA-ya bildirilib ki, komandalar dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade” arenasında üz-üzə gələcəklər. Görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Qeyd edək ki, bu komandalar arasında noyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək ilk qarşılaşma saat 20:00-da başlayacaq.

Chosen
15
3
sia.az

8Sources