EN

Sərxoş yeniyetmələr polis əməkdaşını DÖYDÜ – VİDEO

Rusiyada sərxoş yeniyetmələr polis əməkdaşını döydü.

İnterpress.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat yayıb.

Vorkuta şəhərində bir qrup sərxoş yeniyetmə polis əməkdaşına hücum edib. Məlumata görə, əvvəlcə yeniyetmələr mağazalara şüşə butulkalar atıb və işçilərə hədə-qorxu gəliblər.

Polis hadisə yerinə gəlib onları sakitləşdirsə də, bir müddət sonra dəstə geri qayıdaraq müşahidə kameralarının görüntülərinin silinməsini tələb edib. İkinci dəfə çağırılan polis qruplarından birinə isə yeniyetmələr hücum edərək döyməyə başlayıblar.

Daha sonra hadisə yerinə əlavə qüvvələr cəlb olunub, toqquşma dayandırılıb və insidentin təşkilatçıları saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
68
3
interpress.az

10Sources