EN

On ayda ölkədən 21 milyard kubmetrədək təbii qaz ixrac edilib  

Yanvar-oktyabr aylarında ölkədən 20 milyard 648,8 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,23 faiz azdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 7 milyard 417,7 milyon dollar olub.

Xatırladaq ki, 2024-cü ilin eyni aylarında isə Azərbaycandan 6 milyard 848,5 milyon dollar dəyərində yəni, 21 milyard 338,8 milyon kubmetr təbii qaz ixrac edilib.

Chosen
18
4
azerbaijan-news.az

5Sources