Bakının Yusif Səfərov küçəsində nəqliyyatın təhlükəsizliyi və piyadaların hərəkət rahatlığını artırmaq məqsədilə yeni yerüstü piyada keçidinin inşası planlaşdırılır.
Publika.az milli.az-a istinadən xəbər verir ki, tikintisi nəzərdə tutulan keçid "Ritz-Carlton" otelini Sevgi parkı ilə birləşdirəcək.
Layihə həm ərazidə piyada axınını tənzimləmək, həm də ətrafda yaranan sıxlığı azaltmaq üçün nəzərdə tutulub.