EN

Meyxanaçının səsyazma studiyası YANDI

Ajans.az xəbər verir ki, hadisə İmişli şəhər sakini Ağalar Həsənova məxsus fərdi yaşayış evinin həyətində, ev sahibinin oğlu meyxanaçı Ərrəhman Həsənovun səsyazma studiyası yerləşdirdiyi tikilidə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan səsyazma, montaj otağı və içərisindəki avadanlıqlar yararsız hala düşüb. Qeyd edək ki, Vətən müharibəsi qazisi olan Ə.Həsənov rayonda tanınmış meyxanaçılardandır.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Chosen
7
2
Ajans.az

6Sources