EN

Azərbaycan cüdosunun tapıntısı: Hər yarışdan öncə qarşıma çempionluq hədəfi qoyuram

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

İlk dəfə Qran-Prinin qalibi oldum. Çox gözəl hissdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiyada keçirilən Zaqreb Qran-Prisində qızıl medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibov deyib.

100 kiloqramdan yuxarı çəki dərəcəsində fəxri kürsünün ilk pilləsinə qalxan idmançı bütün yarışlarda qarşısına yüksək hədəflər qoyduğunu bildirib: “Hər turnirdən öncə özümə deyirəm ki, çempion olmalıyam. Bütün turnirlərə bu məqsədlə yanaşıram. Çünki bir idmançı kimi əziyyətim böyükdür. Bunu məşqçilər də bilir. Necə əziyyət çəkdiyimizi görürlər. İnanıram ki, uğurlu çıxışımın davamı gələcək”.

O, beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaltmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: “Azərbaycanda döyüş idman növlərində ağır çəki dərəcələrində hər zaman çatışmazlıq olub. Söz verirəm ki, cüdo idman növündə bunu aradan qaldırmaq üçün var gücümlə çalışacağam. Qoy, xalqımız həmişə desin ki, Kənan Nəsibov öz çəki dərəcəsində dünyanın 1 nömrəsidir”.

K. Nəsibov Azərbaycan millisində öz çəki dərəcəsində əsas rəqibi olan Uşanqi Kokaurini qabaqlamaq istədiyini gizlətməyib: “Düzdür, Uşanqi mənim dostum, məşq yoldaşımdır. Amma özümü 1 nömrəli cüdoçu kimi görmək istəyirəmsə, onu qabaqlamalıyam. Bunun üçün daha yaxşı nəticələr qazanmalıyam. Kimin daha yaxşı olmasına isə yalnız məşqçilər qərar verə bilərlər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
7
azertag.az

10Sources