EN

LDU-da 17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə LDU-nun Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq iştirakçıları universitetin rektoru, professor Natiq İbrahimovun adından təbrik edib. 17 Noyabr Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışan Zaur Məmmədov bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi, Zəfərə gedən yolun başlanğıcı olub. Ulu öndər H.Əliyevin milli dövlət quruculuğu sahəsində fəaliyətinindən söz açan Zaur Məmmədov ölkə başçısı cənab İlham Əliyevin bu kursu inamla davam etdirdiyini, Azərbaycana böyük Zəfər sevincini yaşatdığını deyib.

“Tarix və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Vüsal Nəsirli məruzəsində ermənilərin daim Azərbaycana olan ərazi iddialarından, keçmiş ittifaq rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı apardığı antiazərbaycan siyasətindən, XX əsrin sonlarında xalqımızın milli azadlıq hərakatında göstərdiyi qeyrət və şücaətdən ətraflı söz açıb.

Tədbir mövzu ətrafında müzakirə ilə yekunlaşıb.

Chosen
65
50
azedu.az

10Sources