EN

Türkiyə Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” kəlamı işığında Azərbaycanla birliyimiz sarsılmazdır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ankara, 17 noyabr, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Nazirliyinin sosial media paylaşımında deyilir: “Otuz yeddi il əvvəl milli dirçəliş ruhu ilə dolu, müstəqilliyə doğru irəliləyən və Qarabağda Qələbə çalan Azərbaycandan olan qardaşlarımızı təbrik edirik. “Bir millət, iki dövlət” kəlamı işığında birliyimizin sarsılmazlığını bir daha bəyan edirik”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
3
azertag.az

4Sources