EN

Gəmidə baş verən yanğınla əlaqədar Rumıniyada bir kəndin sakinləri təxliyə olunurlar

Buxarest, 17 noyabr, AZƏRTAC

Rumıniyanın Dunay çayının sahilində yerləşən Palau kəndindən sakinlərin təxliyəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, təxliyənin səbəbi Ukrayna ərazisində Dunay sahilində maye qaz daşıyan gəmidə baş verən yanğındır. Gəmidə təxminən 4 min ton maye qazın olduğu bildirilib və mümkün partlayış riski səbəbindən Rumıniya tərəfi əhali üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Rumıniyanın Fövqəladə Hallar İnspektorluğunun məlumatına görə, ilkin mərhələdə Palau kəndindən 15 nəfər təxliyə olunaraq təhlükəsiz zonaya - Kalaraş rayonunda müəyyən olunmuş yerləşdirmə məntəqəsinə köçürülüb.

Hazırda Rumıniya qurumları vəziyyəti nəzarətdə saxlayır, ekoloji və təhlükəsizlik risklərinin qiymətləndirilməsi davam etdirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Chosen
26
13
azertag.az

10Sources