EN

“Azərbaycan Orta Dəhlizin əsas dayağına çevrilir” - Deputat

"Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşündə Azərbaycan tamhüquqlu üzv statusu əldə edib. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri tərəfindən imzalanan qərar regionda yeni geosiyasi əməkdaşlıq modelinin formalaşdığını göstərir. Prezident İlham Əliyev bunun ölkələr arasında dostluq və strateji tərəfdaşlığın məntiqi nəticəsi olduğunu bildirib".

Bu fikirləri Prezident İlham Əliyevin Özbəkistana səfərindən Redaktor.az-a bəhs edən millət vəkili Naqif Həmzəyev bildirdi.

Müsahibimiz vurğuladı etdi ki, sammitin gündəliyində Orta Dəhlizin inkişafı və Xəzər hövzəsində logistika imkanlarının genişləndirilməsi əsas mövzular olub:

"Azərbaycan bu marşrutun ən kritik halqası kimi son illər yük daşımalarını 90% artırıb, Ələt limanının gücünün 25 milyon tona çatdırılması və Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi isə Bakı ilə Mərkəzi Asiya arasındakı ticarət axınını daha da sürətləndirəcək. Vaşinqtonda əldə olunan son razılaşmalar Azərbaycanın tranzit imkanlarını genişləndirən yeni mərhələ kimi qiymətləndirilir. Enerji sahəsində əməkdaşlıq sammitin digər əsas istiqaməti olub. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyası, eləcə də Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi barədə razılaşmalar regionun yaşıl enerjisini gələcəkdə Avropa bazarına çıxarmağa imkan verəcək. “Rəqəmsal İpək Yolu” layihəsi isə Xəzər dənizi boyunca fiber-optik şəbəkə yaradaraq regionu vahid informasiya məkanına çevirəcək".

Deputat həmçinin əlavə etdi ki, SOCAR-ın Mərkəzi Asiya istiqamətində əməkdaşlığı sammitdə xüsusi vurğulanıb:

"Şirkət Özbəkistanda neft və neft-kimya sahəsində birgə layihələr həyata keçirir, “Neftegaztexnologiya” müəssisəsi fəaliyyətini genişləndirir və yeni enerji texnologiyalarının mübadiləsi üzrə işlər aparılır. Bu əməkdaşlıq həm enerji təhlükəsizliyi, həm də regional sənaye inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Daşkənddə qəbul edilən qərarla Azərbaycan artıq formatın formalaşdırılmasında birbaşa iştirak edəcək. Növbəti sammit Aşqabadda keçiriləcək və yeni geoiqtisadi layihələrin müzakirəsi gözlənilir. Bu addım Mərkəzi Asiya ilə Azərbaycan arasında nəqliyyat, enerji və rəqəmsal əməkdaşlığın daha da dərinləşəcəyinin göstəricisi hesab olunur".

Nuriyyə NATİQQIZI

Chosen
22
50
redaktor.az

2Sources