EN

17 NOYABR - BEYNƏLXALQ TƏLƏBƏ GÜNÜ - QHT sədrindən AÇIQLAMA

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova Azərbaycan gəncliyinin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışıb.

QHT.az-a açıqlamasında o bildirib ki, bu günün Azərbaycan gənci öz həyatını qurarkən ilk növbədə ölkənin bu günü və gələcəyi barədə düşünür, fəaliyyəti ilə yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirir:

"Müstəqil Respublikamızın gənclər siyasətinə nəzər salsaq tam əminliklə və qətiyyətlə deyə bilərik ki, Azərbaycan gəncliyi bu gün də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən ardıcıl imzaladığı fərmanlarla, verdiyi tapşırıqlarla kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir."

Esmira Rəhimovanın sözlərinə görə, Azərbaycanlı gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, vətənin inkişafı üçün səylə çalışırlar.Bunun bariz nümunəsidir ki, Vətən müharibəsində vətənpərvər Azərbaycan gəncləri Ali Baş Komandanın ətrafında sıx birləşmiş, onun əmri ilə işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etmiş, dəmir yumruğun gücünü mənfur düşmənə göstərmiş oldular.Vətən müharibəsi iştirakçılarının əksəriyyəti məhz gənclər idi:

"Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır".

 

Pərvanə Fərhadqızı

Chosen
7
50
qht.az

10Sources