EN

ABŞ Latın Amerikası ölkələrində hərbi mövcudluğunu gücləndirmək niyyətindədir

ABŞ Venesuela sahillərində narkotik kartellərinə qarşı əməliyyatı fonunda Latın Amerikası ölkələrində hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.

Busaat.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Onun sözlərinə görə, ABŞ Ekvadorda aviabaza yaratmağı, o cümlədən Panamadakı qoşunlarının rotasiyasını artırmağı və ölkənin hərbi hava limanından daha çox istifadə etməyi planlaşdırır. Bundan əlavə, amerikalılar Puerto-Rikodakı hərbi dəniz bazasını yenidən açmaq niyyətindədirlər.

Noyabrın 16-da Ekvadorluların 60,3%-i ölkə ərazisində xarici hərbi bazaların yaradılmasına qoyulmuş qadağanın ləğvinin əleyhinə keçirilən ümumxalq referendumunda səs verib. Ekvador prezidenti Daniel Noboa ölkə konstitusiyasına düzəliş və referendumun keçirilməsini müdafiə edib.

Ekvadorda xarici bazaların yaradılmasını qadağan edən bənd 2008-ci ildə qəbul edilmiş konstitusiyaya daxil edilib. Noboa sentyabrda ona dəyişiklik etməyi təklif edib. O, 1999-2009-cu illərdə ABŞ-ın nəzarətində olan Manta hərbi bazasında videomüraciətini yazıb.

Noyabrın əvvəlində ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem Ekvadora səfər etdi və burada Noboa ilə Manabi və Santa Elena əyalətlərindəki iki hərbi bazanı gəzdi.

Yeganə

Chosen
29
4
busaat.az

5Sources