EN

Karpin “Dinamo”dan getdi

Valeri Karpin Moskva “Dinamo”sunun baş məşqçi vəzifəsindən istefa verib. Msport.az xəbər verir ki, onun açıqlaması Rusiya Futbol İttifaqının rəsmi saytında yayılıb.

Paralel olaraq Rusiya millisinə də rəhbərlik edən 56 yaşlı mütəxəssis qərarını yalnız yığmada işləməklə əsaslandırıb:

“Mən tam olaraq milli komandaya köklənmək istəyirəm”.

Karpin paytaxt klubunda 5 ay işləyib. O, iyunun 13-də “Dinamo”nun “sükanı” arxasına keçmişdi.

Chosen
67
3
msport.az

10Sources