ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin 8 saatlıq iş rejimi ilə bağlı açıqlamasından sonra sosial şəbəkələrdə geniş müzakirələr açılıb. Yeni modeldən narazılıq müəllimlər yazırlar ki, 8 saatlıq iş rejiminə keçid olacağı təqdirdə, ali məktəbə hazırlaşan şagirdlərdə pedaqoji ixtisaslara maraq azalacaq, müəllim olmaq istəyən az tapılacaq və buna görə də qəbul balı da aşağı düşəcək.
Ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli isə mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu halların müəllimlik ixtisasının ballarının düşməsinə səbəb olacağını düşünmür.

"Emin müəllim müəyyən məqamlara aydınlıq gətirməyib. Mən düşünürəm ki, müəyyən məqamlara aydınlıq gətirilsə, yaxşı olar. Burada maaş nə qədər olacaq? Saat hesabı ilə olanlarla, digər gün səkkiz saat işləyən insanların əmək haqqısının arasındakı fərqlər nə qədər olacaq? Mən düşünmürəm ki, müəllimlik ixtisası ilə bağlı olan ixtisaslarda qəbulun sayı aşağı düşəcək və yaxud da balların aşağı düşməsi prosesi baş verəcək. Mən tam əksini gözləyirəm, yəni balların rəqabət mühiti çoxalacaqdır. Müəllim işləmək üçün ciddi tələblər artacaq. Bu təbiidir. Yəni bu, bütün dünyada baş verən bir prosesdir. Hər kəs də bunu anlamalıdır və qəbul etməlidir".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.