EN

“Barselona” “Kamp Nou”ya qayıdır – RƏSMİ

“Barselona” yenidənqurma işləri tamamlanan “Kamp Nou”ya qayıdır.

İdmanxeber.az xəbər verir ki, klub La Liqanın 13-cü turunda “Atletik”lə oyununu artıq yeni əsas meydanda keçirəcəyini açıqlayıb. İlk mərhələdə arenaya 45 min azarkeş buraxılacaq.

Xatırladaq ki, “Kamp Nou” 2023-cü ildən bəri təmir olunurdu və “Barselona” ev oyunlarını “Olimpik Lyuis Kompanis” stadionunda keçirirdi.

Chosen
28
28
idmanxeber.az

10Sources