EN

İspaniya ilə oyunu buraxmalı olacaq

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya yığması ilə qarşılaşacaq Türkiyə millisinin heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Arda Güler cəza limitində olduğu üçün növbəti matçda iştirak etməyəcək.

Qeyd edək ki, futbolçu Bolqarıstanla görüşdə etiraz səbəbindən sarı vərəqə alıb. O, İspaniya oyununda da sarı vərəqə alsa, pley-off mərhələsində cəzalı duruma düşəcək. Bu səbəbdən milli komandanın baş məşqçisi Vinçenzo Montella cəza limitində olan futbolçuları İspaniya ilə oyunda meydana buraxmayacağını açıqlayıb.

Xatırladaq ki, bu gün keçiriləcək İspaniya-Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
11
qafqazinfo.az

10Sources