ABŞ-da ana üç yaşlı oğlunu yeni sevgilisi uğrunda öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
33 yaşlı qadının sosial şəbəkələrdə tanış olduğu kişi ona sərt ultimatum qoyub: ya onunla qalacaq və ondan uşaq dünyaya gətirəcək, ya da təkbaşına övladı ilə yaşayacaq. Bu tələbdən sonra qadın sevgilisi ilə birlikdə üç yaşlı oğlunu döyüb işgəncə verməyə başlayıb.
Sonda isə dayə uşağın cansız bədənini taparaq dərhal polisi çağırıb.
Hadisə ölkədə böyük rezonans yaradıb.

Xuraman Etibarlı
İnterpress.az