EN

Yadigar Muradovun dəfn yeri bilindi YENİLƏNİB

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əməkdar artist Yadigar Muradovun dəfn olunacağı yer bilinib.

Lent.az xəbər verir ki, bu barədə mərhum sənətçinin oğlu Yaşar Muradov məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.

Mərhum Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.

***

06:57

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, o, ötən gecə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Əməkdar artist bur müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
13
lent.az

10Sources