Bakı. Trend:
Bank Respublika Göyçayda 40-cı filialını açdı.
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika,müştərilərin rahatlığını və xidmətə əlçatanlığını artırmaqməqsədilə Göyçay şəhərində ən müasir bankçılıqtexnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəliaçılışını edib.
Sayca Bankın 40-cı filialı olan Göyçay filialı, müasir bankstandartlarına uyğun infrastruktur, rahat müştəri zonası və yüksəkxidmət keyfiyyəti ilə seçilir.
Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksəkstandartlara cavab verən yeni filialın açılışını bildirən rəmziqırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.
“40-cı filialın Bank üçün sadəcə rəqəm deyil — müştərilərinetimadının, bankın regionlara göstərdiyi dəyərin və davamlı inkişafstrategiyasının nəticəsi olduğunu” qeyd edən Bankın rəhbərliyi,yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarınadəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarınınsərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.
Bankın yeni filialı – Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 2Dünvanında fəaliyyət göstərəcək