Bakı. Trend:
17 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının İdarəHeyətinin növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Qərbi Azərbaycan İcmasından məlumatverilib.
Bildirilib ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycanİcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı ƏzizƏləkbərli Prezident İlham Əliyevin 03 noyabr 2025-ci il tarixindəAMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin QərbiAzərbaycan İcmasının fəaliyyətinə yeni məsuliyyət yükü əlavəetdiyini vurğulayıb. O, son illər ərzində İcma tərəfindən ölkəninşəhər, rayon və kəndlərində Qərbi Azərbaycan mövzusundagenişmiqyaslı tədbir və layihələrin həyata keçirildiyini diqqətəçatdırıb, İcmanın gələcək fəaliyyətinin prioritet istiqamətləriüzərində dayanıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, MilliMəclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğluçıxışında dövlət başçısının son bəyanatlarından sonra İcmanınfəaliyyətində yeni mərhələnin başlandığını qeyd edib və qarşıdakıdövr üçün strateji hədəflərə toxunub.
Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, tanınmışdilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrəprorektoru, filologiya elmləri doktoru, professor Mahirə HüseynovaQərbi Azərbaycana qayıdış prosesinin beynəlxalq hüquq normalarıəsasında hüquqi, təşkilati və ideoloji hazırlığının əhəmiyyətinivurğulayıb. O, ali təhsil müəssisələrində mövzuya dairkonfransların təşkilinin faydalı olacağını qeyd edib, QərbiAzərbaycan TV-nin kanal televiziyasına keçirilməsini, həmçininQərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materiallarınxarici dillərə tərcümə edilərək ölkə xaricində geniş təbliğinitəklif edib.
Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri,hüquq elmləri doktoru, professor Zahid Cəfərov QayıdışKonsepsiyasının beynəlxalq hüquqa və tarixi ədalətə söykəndiyinibildirərək hüquqşünaslarla tarixçilərin birgə fəaliyyətininzəruriliyini qeyd edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə İcmanıntəşkilatlanmasını mühüm siyasi və hüquqi hadisə adlandırıb. O,Qərbi Azərbaycanda anadan olmuş və ölkənin inkişafında xüsusixidmətləri olan ziyalılar barədə kitabların nəşrini, eləcə də QərbiAzərbaycan muzeyinin yaradılmasını təklif edib, təbliğat işləriningücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Əməkdar jurnalist Həsən Həsənov Qərbi Azərbaycan tarixinin sonillərdə daha dərindən araşdırıldığını bildirib. O, ermənilərtərəfindən tarixi izlərin silinməsinin Qərbi Azərbaycanın türktorpağı olması həqiqətini dəyişmədiyini qeyd edib və deportasiyaolunmuş qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tamhüquqi və mənəvi haqqı olduğunu vurğulayıb.
AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiriCəbi Bəhramov Qərbi Azərbaycan tarixinin elmi əsaslarla daha genişaraşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Kamran Bayramov qayıdış hüququnun təminedilməsini dövlətin prioritet istiqamətlərindən biri kimiqiymətləndirərək beynəlxalq təşkilatlar və xarici dövlətlərləəlaqələrin gücləndirilməsinin, diplomatik nümayəndəliklərləmütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti üzərində dayanıb.
Bakı QHT Resurs və Təlim Mərikəzinin sədri Rauf Zeyni həm ölkədaxilində, həm də beynəlxalq müstəvidə maarifləndirmə işləriningenişləndirilməsinin vacibliyini qeyd edərək sosial şəbəkələrdəmövzunun daha fəal təbliğinin əhəmiyyətinə toxunub.
Tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun elmiəməkdaşı Nazim Mustafa Qərbi Azərbaycan Ensiklopediyasınınhazırlanması işinə daha geniş miqyasda mütəxəssislərin cəlbedilməsinin vacibliyini qeyd edib.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahimBayramov tarixi qələbədən sonra dövlət qarşısında duran əsasvəzifələrdən birinin Qərbi Azərbaycandan qaçqın düşmüşsoydaşlarımızın öz dədə-baba yurdlarına dönüşünün təmin edilməsiolduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Elm Komissiyasınıniştirakı ilə regionun tarixi, mədəniyyəti, ədəbiyyatı və görkəmlişəxsiyyətləri barədə kitabların nəşr edilməsinin vacibliyinivurğulayıb.
İclasın sonunda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçünfəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyən edilib vəmüvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbulolunub.