EN

Zelenski Türkiyəyə gedir

Ukrayna lideri Volodimir Zelenski Türkiyədə korrupsiyada ittiham olunan tərəfdaşı Timur Mindiçə baş çəkə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Rada üzvü Aleksey Honçarenko məlumat yayıb.

"Zelenskinin turnesi davam edir. Bu gün o, İspaniyadadır. Sabah Türkiyəyə yollanır. Və orada, bəlkə, hətta ən yaxın dostu Mindiçə də baş çəkər", - o qeyd edib.

Xatırladaq ki, noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu enerji sektorunda korrupsiya ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat elan edib. Agentliyin məlumatına görə, təhqiqat bir il yarım davam edib, büro əməkdaşları təxminən 1000 səs yazısı toplayıb. Baş şübhəlilərdən biri də Zelenskinin ən yaxın müttəfiqi Timur Mindiç olub.

Gülayə Mecid 

Chosen
32
unikal.az

1Sources