EN

"Barselona"nın əfsanəsi Laportaya qarşı: Müxalifət namizədi dəstəkləyəcək

"Barselona"nın sabiq baş məşqçisi və əfsanəsi Xavi Ernandes klubun növbəti prezident seçkilərində favoritini müəyyənləşdirib.

Publika.az xəbər verir ki, bu barədə "BarcaTimes" məlumat yayıb.

Bildirilir ki, mütəxəssis Viktor Font və onun komandasının təşkil etdiyi tədbirdə iştirak edib. Həmin tədbirdə Font öz müxalifət platformasını təqdim edərək seçki kampaniyasına start verib. Xavi də şəxsən çıxış edərək namizədi dəstəkləyib.

Qeyd edək ki, Font 2021-ci ildə "Barselona" prezidentliyinə namizəd olub. Lakin həmin vaxt Xuan Laporta qalib gələrək klubun idarəçiliyinə qayıdıb.

Xavi 2021-2024-cü illər arasında Kataloniya klubunda çalışıb. Həmin dövrdə Laporta əvvəlcə onun istefa verməməsi üçün çalışmış, daha sonra isə özü vəzifədən azad etmişdi. Bu səbəbdən tərəflər arasında münasibətlər korlanmışdı.

Chosen
23
publika.az

1Sources