EN

Mateuş Koxalski “Roma“ və “Borussiya Dortmund“ klublarından transfer təklifi məsələsinə münasibət bildirib

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Qarabağ"da daha çox məşq olur. Klubda 7-8 saat vaxt keçiririk".

Moderator.az xəbər verir ki, bu barədə "Qarabağ"ın qapıçısı Mateuş Koxalski keçmiş klubu "Stal"ın (Melets) Mətbuat Xidmətinə verdiyi müsahibəsində qeyd edib.

O keçmiş klubu ilə "Qarabağ" klubundakı məşq sisteminin fərqi barədə danışıb:

"Polşada olduğum bütün klublardan çox fərqlidir. "Qarabağ"da daha çox məşq olur. Klubda 7-8 saat vaxt keçiririk. İkinəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqə qədər yüngül yuxu. Hər məşqə əvvəlcə fitneslə başlayırıq: oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır".

Koxalski "Roma" və "Borussiya Dortmund" klublarının transfer istəyi məsələsinə də aydınlıq gətirib:

"Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda "Stal"dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır".

"Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür. Amma buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdirlər. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.

Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur - ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma insanlar çox mehribandırlar. Burada kimisə narahat edə biləcək heç nə yoxdur", - deyə Koxalski bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
moderator.az

2Sources