EN

"Qarabağ"da itki - 2-3 ay oynamayacaq

style='margin-bottom:10px;'>

“Qarabağ” ciddi itki ilə üzləşib. 

Bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, milli komandanın düşərgəsində zədələnən qapıçı Şahruddinin Məhəmmədəliyevin durumu ciddidir: “Sol bud çanağında zədəsi var. 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. İlkin məlumat belədir”.

Klub rəsmisi Elvin Cəfərquliyev və Toral Bayramovun isə bu gündən komanda ilə məşqlərə qoşulduqlarını bildirib.

Xatırladaq ki, Ş.Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçirilən oyunda zədələnib və ikinci hissədə meydana çıxa bilməyib. Fransa ilə görüşdən əvvəl “Qarabağ”ın müdafiəçisi Toral Bayramov da zədə səbəbindən millidən kənarlaşdırılmışdı. Elvin Cəfərquliyev isə yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılmışdı.

Chosen
9
2
teleqraf.com

3Sources