ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Ermənistan ordusu 2008-ci ilin 1 mart hadisələrində iştirak edib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanda Antikorrupsiya Komitəsinin sədri Artur Nahapetyan deyib.
“Mart hadisələrində ordunun iştirakı ilə bağlı sübutlar əldə edilib, amma ilkin istintaq maraqlarını nəzərə alaraq, dəqiq haradan və hansı hərbi hissədən iştirak edildiyini açıqlamaq mümkün deyil. Artsax (keçmiş qondarma rejim – red.) qoşunu 1 mart hadisələrində iştirak edibmi – bunu müəyyənləşdirmək lazımdır”.
Qeyd edək ki, 1 mart 2008-ci ildə İrəvanda başlayan kütləvi etiraz aksiyası faciə ilə yekunlaşıb. Bu hadisələr zamanı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.