Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Niyə gözlədiyimiz səslərin yarısının yarısını belə ala bilməməyimizlə bağlı suallar digər müxalifət qüvvələrinə ünvanlanmalıdır".
“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, bunu müxalifətdəki "Qələbə" blokundan Vaqarşapat icmasının merliyinə namizəd Sevak Xaçatryan jurnalistlərlə görüşdə bildirib.
Seçkini uduzan Xaçatryan izah edib ki, bu suallar "Ana Ermənistan" blokuna, "Vətən" və "İrs" partiyalarına və müxalifətdə iştirak edən qüvvələrə ünvanlanmalıdır. O hesab edir ki, Ermənistan üçün həlledici parlament seçkilərinin yaxınlaşdığını nəzərə alsaq, hər bir müxalifət qüvvəsi seçkilərin nəticələrini özü təhlil etməlidir.
Xatırladaq ki, 16 noyabrda Vaqarşapat icmasına keçirilən seçkilərdə hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 48,6%-ni toplayıb. Daşnaksutyun partiyasının da daxil olduğu müxalif "Qələbə" bloku isə 31,8% səslə ikinci yeri tutub.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.