EN

Nikol Paşinyan müxalifət üzərində qələbəsini elan etdi

BAKI, 18 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Vaqarşapatda keçirilən mer seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsindən danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.

“İndi çox müzakirə olunur ki, nə üçün Vaqarşapat seçkilərində “Vətəndaş Müqaviləsi” qalib gəldi, müxalifət isə uduzdu. Bunun bir səbəbi var: müxalifət qiyamətdən danışırdı, “Vətəndaş Müqaviləsi” isə həyatdan. İnsanlar sadəcə olaraq həyatı seçdilər”, - o qeyd edib.

Paşinyanın fikrincə, bu, 2026-cı il parlament seçkilərində də belə olacaq:

“Çünki biz birgə çox ağır sınaqlardan keçərək qiyaməti keçmişdə qoyduq. Bu gün və bundan sonra yalnız həyat var”.

Chosen
70
1
teleqraf.com

2Sources