EN

Azərbaycanda xəbər saytlarına girişdə problem yarandı – SƏBƏB BUDUR

Azərbaycanda xəbər saytlarına girişdə problem yaranıb.

KONKRET.az xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən saytlara daxil olmaq mümkün deyil.

Problemin hansı səbəbdən qaynaqlandığı bilinmir.

Bəzi qeyri-rəsmi məlumatlara görə, buna səbəb beynəlxalq serverlərdə yaranan nasazlıqlardır.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən İKT eksperti Fərid Pərdəşünas bildirib ki, bu gün qlobal miqyasda Cloudflare servisində yaranan genişmiqyaslı nasazlıq nəticəsində minlərlə sayt və onlara bağlı xidmətlər fəaliyyətini dayandırıb.

“Cloudflare dünyanın ən böyük “CDN” (Content Delivery Network), DNS və təhlükəsizlik infrastruktur təminatçılarından biridir. İnternetdə istifadə etdiyimiz çoxsaylı saytlar, tətbiqlər və onlayn xidmətlər Cloudflare üzərindən trafik yönləndirməsi, DDOS qoruması, performans optimizasiyası və DNS həll etmə kimi funksiyalardan istifadə edir. Yekun olaraq, saytların açılmama səbəbi həmin saytların özündə problem olması deyil. Köklü səbəb Cloudflare-in qlobal səviyyədə yaşadığı texniki nasazlıqdır. Problem aradan qaldırıldıqdan sonra xidmətlər tədricən bərpa olunacaq.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
80
1
konkret.az

2Sources