EN

Yadigar Muradovun oğlu: "Fəxr etdim ki, atam xeyli insanın sevgisini qazanıb"

"Bu gün fəxr etdim ki, atam xeyli insanın sevgisini qazanıb".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov atasının dəfn mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Onkoloji xəstə idi, həkimlər sağalması üçün çox səy göstərdilər. Qismət bu imiş. Bizə dəstək olan hər kəsə, Mədəniyyət Nazirliyinə, Şuşa Rayon İcra Hakimiyyətinə təşəkkür edirəm. Sənət adamları çətin dönəmdə yanımızda oldular. Ailəmiz adından onlara da minnətdaram. Bizi tək qalmağa qoymadılar. Bütün media da atamı diqqətdə saxladı. Hər birinə təşəkkür edirəm", - deyə o bildirib.

"Cebheinfo.az"

Chosen
24
cebheinfo.az

1Sources