EN

Qəbirlər

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.

İnkar edilməz bir həqiqətdir ki, ümmətin üzləşdiyi ən dəhşətli problemlərdən biri də qəbirpərəstlikdir. Məscidləri buraxıb insanların qəbirlərə üz tutmasıdır . Keçən dəfə bir araşdırma yazımda təvəssül məsələsinə təmas etmişdim. Hətta buna cəvaz verənlər belə insanların qəbirlərə axın etməyə təşviq etməmişlər. Qəbir sahiblərinə ( saleh olduğu zənn edilsə belə ) Allaha üz tutar şəkildə üz tutmağı qadağan etmişlər. Xüsusi ilə özünü əhli sünnə məzhəbinə aid edənlər insanların qəbirlərə səcdə etməsini, onları öpməsini və onlar qarşısında təzəllül etməyi ( zəlil və boynu bükük bir şəkildə dayanmağı ) qadağan etmişlər. Qəbirsevərlik bir sıra hallarda əqidənin bulanıq hala gəlməsinə və şirkə gətirib çıxarmışdır.

Bəziləri zənn edir ki, qəbirlər məsələsində ancaq müasir sələfi alimlər sərtdir. Mən buna görə aşağıda məsələ ilə bağlı əşari və maturudi alimlərindən və müəyyən qədər şiə alimlərindən sitatlar verəcəm, inşaallah.

Nəvəvi qəbirə səcdə etməyin haram və "təhrimən təzim" olduğuna açıq şəkildə işarə edir:

لا يجوز السجود لغير الله، والسجود على القبر من البدع المحرمة.

“Allahdan başqasına səcdə etmək caiz deyil və qəbir üstündə səcdə etmək haram bidətlərdəndir.”

İmam Nəvəvinin qəbirlərin öpülməsi ilə bağlı sözləri:

تقبيل القبور مكروه كراهة شديدة

“Qəbir öpmək şiddətli məkruhdur.”

İmam Qəzzaliyə görə

الدعاء عند قبور الصالحين مستحب، لكن التوجه إليهم في الطلب بدعة.

“Saleh insanların qəbirlərinin yanında dua etmək müstəhəbdir, lakin onlara yönələrək istəmək bidətdir.”

İmam Abidin deyir ki,

السجود على القبر تعظيمًا له حرام بالإجماع

“Qəbirə təzim məqsədilə səcdə etmək icma ilə haramdır.”

Hənəfi alimlərindən İbn Humam deyir ki,

لا يرفع يديه إلى القبر، فإنما يرفعها إلى الله

Hətta şiə alimlərindən Əllamə Hilli deyir ki,

السجود على القبور حرام ولا يجوز بحال

“Qəbirlərə səcdə etmək haramdır və heç bir halda caiz deyil.”

Dövrümüzün şiə fəqih və alimlərindən Ayətullah Sistani deyir ki,

تقبيل القبور مكروه، ولا ينبغي الإتيان به

“Qəbir öpmək məkruhdur və tərk edilməsi daha münasibdir.”

Bütün bunlar onu göstərir ki, qəbirsevərlik bir sıra hallarda şirkə, bir sıra hallarda şiddətli mənfi nəticələr verə bilən harama yol aça bilər. Məhz bunun nəticəsi olaraq bəzi insanlar tərəfindən iş şirkə qədər aparılmışdır. İnsafən, qəbirpərəstlikdən sələfi məktəbinin alimləri qədər digər hocalar, hacılar çəkindirmir. Bu onların söhbətlərinin ana mövzusu olmur, hətta qəbirsevərlik edənləri dəstəkləyən dəlillər gətirməklə onların həlakına səbəb olurlar.

Chosen
24
1
turkic.world

2Sources