EN

Ağalıda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün parselləşmə aparılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçiriblər.

"Unikal" xəbər verir ki, bu gün Zəngilanda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.

Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri bir sıra obyektlərə baxış keçirib, görülən işlərlə tanış olublar.

Chosen
37
3
unikal.az

10Sources