EN

Gələn ildən vətəndaşlara daha çox “ƏDV geral” ödəniləcək -deputat

“Vergi Məcəlləsinə” gələn ildən “ƏDV geral” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyyə edilib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geral” görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur. "Bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi həyata keçiriləcək. Həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlkaçılara vəsait ödənilməsinə imkan verəcək. Yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək".

Chosen
153
36
qht.az

10Sources