EN

Tələsin! "Qarabağ"ı görməyə bilərsiz!

10 günlük milli fasilə arxada qaldı. Həftəsonu Premyer Liqa qaldığı yerdən davam edəcək. 12-ci turun maraqlı matçlarından biri Sumqayıtda keçiriləcək.

Mövsümün sürpriz komandası olan “Kimyaçılar” doğma meydanda son çempion “Qarabağ”ı qonaq edəcək.

Matça maraq həddindən artıq böyükdür.

2 gün əvvəl satışa çıxan biletlərin böyük bir hissəsi artıq satılıb.

Maraq üçün bildirək ki, görüşün keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun tutumu təxminən 9500 nəfərdir.

Xatırladaq ki, birinci dövrədən sonra aktivində 20 xalı olan “Sumqayıt” hazırkı lider “Qarabağ”dan 3 xal geri qalır.

Oyun ətrafında ajotajın böyük olmasında rəqibin adı qədər, təbii ki, meydan sahiblərinin uğurlu mövsüm keçirməsi də rol alır.

Digər tərəfdən onu da qeyd edək ki, Avropada tarix yazan “kəhər atlar” bu mövsüm Premyer Liqada bir dəfə məğlubiyyət alıb. Onu da məhz “Gənclik şəhəri” təsmilçisindən. Bu məqamda qarşılaşmaya əlavə rəng qatmış olur.

21 noyabrda keçiriləcək görüşün start fitinin 19:00-da veriləcəyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
35
sportinfo.az

1Sources