Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev "X" hesabında Zəngəzur dəhlizindən videopaylaşıb.
Trend xəbər verir ki, paylaşımda qeyd olunub:
"Zəngəzur Dəhlizi — Araz çayı üzərindəki Ağbənd–Kəlaləkörpüsündə.
Şanxaydan Londona uzanan Şərq–Qərb marşrutu, həmçinin Hindokeanını Şimal dənizi ilə və Fars körfəzini Qara dənizləbirləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutlarının kəsişdiyi əsasbeynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm qovşaq vəkəsişmə nöqtəsidir".