Ramiz Mehdiyev mənə ən müxtəlif vasitələrlə təzyiq göstərirdi, ancaq sonra özü bəlaya gəldi. Zakir Qaralov, Rüstəm Usubov həmin vaxt birbaşa Ramiz Mehdiyevin göstərişi ilə mənim boynuma 8 ölüm işi qoymuşdular. Müstəntiq Arzu Quliyev deyirdi ki, sənin işini bitirib həbsxanaya göndərəcəyəm, Zakir Qaralov mənə söz verib. Dedim ki, məni buraxacaqlar, səni isə işdən çıxaracaqlar. Elə də oldu. Mənim barəmdə 5 maddə ilə cinayət işi qaldırmışdılar".
"Cebheinfo.az" xəbər verir ki, bunu sabiq deputat Hacı Qalib Salahzadə musavat.com-a deyib.
O, oğlunun Ramiz Mehdiyev tərəfindən həbs etdirildiyini də vurğulayıb:
"Ramiz Mehdiyev Qurban bayramı günü adam göndərib, kirayədə yaşayan kiçik oğlum Əlihüseyni evdən çıxarıb. Əvvəlcə anasını təhdid ediblər, sonra oğluma yumruq vurublar ki, 60 manat “supulu” borcunuz var. Qurban bayramı günü oğlumu Ramiz Mehdiyev həbs etdirib.

"Cebheinfo.az"