EN

COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsindəAzərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalmasıməsələsinə həsr olunmuş yüksəksəviyyəli tədbir baş tutub.

Trend xəbərverir ki, tədbir Azərbaycan tərəfinin təşəbbüsü ilə COP29 Sədrliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər dənizinin dənizətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyanın (TehranKonvensiyası) Müvəqqəti Katibliyinin birgə təşkilatçılığı iləkeçirilib.

Görüşdə Xəzəryanı ölkələrin ətraf mühitin mühafizəsi sahəsindəfəaliyyət göstərən müvafiq dövlət qurumlarının rəhbər şəxsləri vəyüksəksəviyyəli nümayəndələri, eləcə də BMT-nin Ətraf MühitProqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) vəÜmumdünya Meteorologiya Təşkilatının (WMO) rəhbər nümayəndələri vədigər dəvətlilər iştirak ediblər.

Tədbir Xəzər dənizinin səviyyəsinin tarixən ən sürətli vəçoxşaxəli şəkildə azalması tendensiyasına diqqəti artırmaq vəregional həmrəyliyi möhkəmləndirmək məqsədi daşıyıb.

COP29 Sədri və Azərbaycan Prezidentinin İqlim məsələləri üzrənümayəndəsi Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin azalmasınınekosistemlərə, sahilyanı infrastruktur və iqtisadi fəaliyyətə,eləcə də dənizkənarı ərazilərdə yaşayan əhalinin rifahınagöstərdiyi təsirlər barədə danışıb. Bildirilib ki, bu prosesinyaratdığı çağırışlar yalnız birgə səylər, elmi əsaslara söykənənyanaşma və regional koordinasiya vasitəsilə effektiv şəkildə həlloluna bilər.

Qeyd olunub ki, Azərbaycan Prezidenti bu məsələni 2022-ci ildəAşqabadda keçirilmiş Xəzəryanı dövlətlərin Dövlət BaşçılarınınZirvə Toplantısında, həmçinin cari ilin BMT Baş Assambleyasının80-ci sessiyasında qlobal səviyyədə ardıcıl şəkildə qaldırıb.Azərbaycan tərəfi, həmçinin Xəzər dənizinin səviyyəsinin azalmasıilə bağlı koordinasiyalı fəaliyyətin təmin olunması məqsədilə beştərəfli birgə işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxışedib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra TağıyevaXəzər dənizinin səviyyəsinin son illərdə davamlı şəkildəazaldığını, bu prosesin çaylarda su axımının azalması, temperaturartımı və buxarlanmanın güclənməsi ilə daha da sürətləndiyinivurğulayıb. O, Xəzərdə gələcək səviyyə dəyişikliklərinin ciddirisklər yaratdığını qeyd edərək elmi əsaslı qərarların, regionaləməkdaşlığın və adaptasiya tədbirlərinin vacibliyini xüsusi diqqətəçatdırıb.

İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri Xəzərhövzəsində aparılan milli müşahidələr, formalaşan elmitendensiyalar və hökumətlərin müəyyənləşdirdiyi prioritetistiqamətlər barədə ətraflı məlumat veriblər. Müzakirələr Xəzəryanıdövlətlərin məsuliyyətinin artırılması, elmi əsaslı qərarlarındəstəklənməsi və region üzrə vahid, koordinasiyalı fəaliyyətinzəruriliyini bir daha ön plana çıxarılıb.

Bundan əlavə, UNEP, UN-Habitat və WMO təşkilatlarınınnümayəndələri Xəzər hövzəsində müşahidə və monitorinq sistemləriningücləndirilməsi, sahilyanı icmalar üçün dayanıqlı məskunlaşma vəinkişaf planlaşdırmasının dəstəklənməsi, su balansının dəqiqqiymətləndirilməsi və region üzrə elmi araşdırmalarıngenişləndirilməsi istiqamətində əməkdaşlığa və texniki dəstəkgöstərməyə hazır olduqlarını ifadə ediblər.

Sonda “Xəzəryanı ölkələrin nazirləri və yüksəksəviyyəlinümayəndələrinin Xəzər dənizinin səviyyəsinin azalması məsələsiüzrə əməkdaşlığın gücləndirilməsi barədə Birgə Bəyannamə”si qəbuledilib.

Bəyannamədə ötən il COP29 çərçivəsində Bakıda qəbul olunmuş BakıBəyannaməsinə istinad edilərək Xəzəryanı ölkələrin bu məsələdəəvvəlki öhdəliklərini davam etdirdikləri vurğulanır. Bildirilir ki,Bakı Bəyannaməsi elmi əməkdaşlıq, məlumat mübadiləsi vəkoordinasiyalı fəaliyyət üçün əsas yaratmış, COP30-da qəbul edilmişyeni Birgə Bəyannamə isə bu istiqamətdə səylərin daha dagücləndirilməsinə xidmət edir.

Sənəddə elmi tədqiqatlar, monitorinq və məlumat mübadiləsisahəsində əməkdaşlığın gücləndirilməsi məqsədləri ifadə olunub.Bununla yanaşı, BMT sistemi ilə birgə fəaliyyət və layihələrintəşviqi, həmçinin Xəzər regionunun davamlı inkişafı və uzunmüddətlidayanıqlığının təmin olunması istiqamətində birgə addımlarınatılması üzrə ortaq niyyət də sənəddə öz əksini tapıb.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin azalması məsələsiCOP28-dən başlayaraq artıq üçüncü dəfə ardıcıl şəkildə Azərbaycanıntəşəbbüsü ilə BMT-nin iqlim konfranslarının çərçivəsində Azərbaycanpavilyonunda bu məsələyə həsr olunan yüksəksəviyyəli tədbir təşkilolunur.

COP30-da
COP30-da
COP30-da
COP30-da
Məqalədə:
Chosen
16
8
az.trend.az

9Sources