EN

Qubada dəhşətli qəza – Ölən var

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elnur Mehdi oğlu Abbasov sürdüyü motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra VAZ-2107 markalı minik avtomobilinə çırpılıb.

Nəticədə, E.Abbasov özünü xilas etmək məqsədilə minik vasitəsindən tullanıb. Bu zaman H.Osmanovun idarə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq həlak olub.

Chosen
43
8
konkret.az

10Sources