EN

Mədəniyyətimiz xalqımızın tarixi yaddaşını mühüm sərvətimizdir




Mədəniyyətimiz xalqımızın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən mühüm sərvətimizdir. Bu zəngin irsin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlər dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və dəstək sayəsində daha da genişlənir.

Möhtərəm cənab Prezident İlham Əliyevin mədəniyyət sahəsinə verdiyi strateji önəm, bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti bizə böyük məsuliyyət və eyni zamanda güclü stimul verir. Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması, irsimizin müasir formada təqdim olunması istiqamətində gördüyü genişmiqyaslı işlər isə bizim üçün mühüm yol göstərən amildir.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin peşəkar rəhbərliyi və davamlı institusional dəstəyi muzeyimizin fəaliyyətinin daha səmərəli, müasir və innovativ tələblərə uyğun şəkildə təşkilinə şərait yaradır.

Biz də öz növbəmizdə göstərilən bu yüksək etimadı doğrultmaq, mədəni irsimizi daha geniş auditoriyaya çatdırmaq, tariximizi layiqincə təbliğ etmək və gələcək nəsillər üçün daha zəngin bir mədəni mühit formalaşdırmaq məqsədilə ardıcıl və qətiyyətli fəaliyyətimizi davam etdiririk.

Teymur Əliyev, Nizami Gəncəvi adına Muzeyin direktoru
Chosen
33
1
newscenter.az

2Sources