EN

Tramp Maduro ilə danışıqlara razılıq verib

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlara razılaşıb və müzakirələrə hazır olduğunu bəyan edib.

Busaat.az xəbər verir ki, Amerika lideri Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı deyib:

“Mən dialoqa açığam”.

Xatırladaq ki, bundan əvvəl Maduro Trampla əlaqə saxlayıb və onu iki ölkə arasında sülhü müzakirə etmək üçün ona zəng etməyə çağırıb. Siyasətçi iki ölkə münasibətləri ilə bağlı məsələlərin müzakirəsinə açıq olduğunu bəyan edərək, münaqişələrin həllinin yeganə yolunu dialoq adlandırıb.

Yeganə

Chosen
30
busaat.az

1Sources