EN

ChatGPT və X platformalarının işində fasilə yaranıb

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Cloudflare”də fasilə səbəbindən “ChatGPT” və “X” bir müddət işləməyib.

Banco.az xəbər verir ki, “Outage.Report” adlı rəqəmsal nasazlıqları izləyən veb-saytın məlumatlarına görə, texnologiya nəhənglərindən tutmuş kiçik miqyaslı şirkətlərə qədər şəbəkə idarəetməsi və kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare”in sistemlərində Bakı saatı ilə 15:35-dən etibarən giriş problemi yaşanmağa başlayıb.

“Cloudflare”in xidmət göstərdiyi platformalar arasında sosial media platforması X də var və bu problem həmin platformaya da təsir edib. X istifadəçiləri masaüstü cihazlardan sayta daxil olmağa çalışdıqda “Cloudflare şəbəkəsində daxili server xətası var” xəbərdarlığı ilə qarşılaşırlar.

Azərbaycan, Türkiyə, ABŞ, İspaniya, Səudiyyə Ərəbistanı, Ukrayna, Polşa, İndoneziya, Filippin və Birləşmiş Krallıqdan istifadəçilər X platformasına giriş problemi yaşadıqlarını bildiriblər.

“Cloudflare”dəki problemə bağlı olaraq ChatGPT-də də giriş çətinliyi müşahidə olunur. Dünyanın bir çox ölkəsindən istifadəçilər ChatGPT-yə daxil olmaqda çətinlik çəkdiklərini qeyd ediblər.

“Cloudflare” tərəfindən qlobal şəbəkədə yaşanan problemə dair verilən açıqlamada daxili bir xidmət pozuntusunun meydana gəldiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
1
banco.az

2Sources