Almaniyanın insan haqları üzrə QHT-si Fransanın enerji nəhəngi "Total Energies"ə qarşı “hərbi cinayətlərdə, işgəncədə və məcburi yoxa çıxmalarda şəriklik” ittihamı ilə şikayət verib.
Publika.az xəbər verir ki, Mozambikdə "TotalEnergies"in LNG layihəsini mühafizə edən əsgərlər onlarla mülki şəxsi metal konteynerlərdə saxlayıb, onların çoxu işgəncəyə məruz qalıb, yoxa çıxıb və ya edam edilib. "Total" isə Mozambik hakimiyyətindən araşdırma aparılmasını xahiş edib.
Qrupun bəyanatında bildirilir ki, bu, şirkətin Mozambikdəki Birgə Tapşırıq Qüvvəsinə maliyyə və maddi dəstək göstərməsi ilə bağlıdır.
“Enerji şirkəti birbaşa maliyyələşdirmə və maddi dəstək yolu ilə Mozambik silahlı qüvvələrindən ibarət Birgə Tapşırıq Qüvvəsini dəstəkləməkdə ittiham olunur”, – Avropa Konstitusiya və İnsan Haqları Mərkəzinin (ECCHR) açıqlamasında qeyd olunub.
Bildirilib ki, Fransanın Milli Antiterror Prokurorluğuna (PNAT) da şikayət təqdim edilib.